Həmas: Sionistlərin bayraq yürüşü Fələstinin kimliyini dəyişməyəcək

Həmas: Sionistlərin bayraq yürüşü Fələstinin kimliyini dəyişməyəcək

Fələstin İslami Müqavimət hərəkatı Həmas-ın sözçüsü vurğulayıb: "Sionistlərin yürüşü və əllərində sionist bayraqları tutması bu torpağın ərəb-fələstin kimliyini və onun həqiqi sakinlərinin əsilliyini dəyişdirə bilməz".

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Həmas hərəkatının rəsmisi Hazim Qasim sionistlərin "Əl-Lod" və "Əl-Rəmlə" şəhərlərində qondarma "bayraq yürüşünə" reaksiya verərək bu hərəkəti Fələstinin əsl sahiblərinə qarşı irqçi və aqressiv davranış kimi qiymətləndirib.

Qasim əlavə edib: "Sionistlərin bu yürüşü, müstəmləkəçi qəsəbə sakinlərinin 1948-ci ildə işğal edilmiş ərazilərin daxilində fələstinlilərin milli mövqeyinə cavab vermək cəhdidir, çünki fələstinlilər "Qüds Qılıncı" döyüşündə qalib gəldilər və dastan yazdılar". 

O, bu cəhdlərin Fələstin millətinin birliyi və müqaviməti ilə uğursuzluğa düçar olacağını bəyan edərək, 1948-ci ildə işğal edilmiş ərazilərin sakinlərini, sionistlərin Fələstin xalqını "israilliləşdirmək" və xaos yaratmaq tədbirləri ilə mübarizəyə və Qüdsü dəstəkləməyə çağırıb.

"Bayraq yürüşü" adətən Bab əl-Əmud və Qüdsün qədim məhəllələrindən keçərək Əl-Əqsa məscidinin həyətlərinə çatır, burada "Bayraq rəqsi" adlı bir proqram həyata keçirilir və bu proqram vasitəsilə sionistlər fələstinlilərin Qüdsdən çıxarılmasını tələb edirlər.

Xəbəri paylaş

VİDEOLAR