HƏMAS sionist İsrailin humanitar yardım paylamaq bəhanəsi ilə Qəzzanın cənubundakı müəyyən bölgələrdə mülki əhalini topladığını və bunun bir növ “toplama düşərgəsi” yaratmaq cəhdi olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS mayın 22-də verdiyi açıqlamada, soyqırım törədən İsrailin humanitar yardımların paylanması bəhanəsi ilə Qəzzanın cənubundakı müəyyən bölgələrə mülki insanları yönləndirdiyini bildirib. Bəyanatda vurğulanır ki, bu təcrübə faktiki olaraq “konsentrasiya düşərgəsi” yaratmaq cəhdidir. HƏMAS rəsmiləri bu vəziyyəti mülki şəxslərin sərbəst hərəkətini məhdudlaşdırmaq və humanitar yardımı siyasi məqsədlərə yönəltmək kimi qiymətləndirdiklərini bildiriblər.
HƏMAS açıqlamasında bildirib ki, İsrail humanitar yardımları "rasional əsaslarla" paylayaraq sistematik olaraq 2 milyondan çox fələstinliyə qarşı "aclıq cinayəti" törədir.
Qatil İsrailin verdiyi məhdud yardıma “getto yardımı” adı verilən açıqlamada 81 gün sonra Qəzzaya daxil olan bu yardımın ehtiyac dənizində bir nöqtəyə belə uyğun gəlmədiyi vurğulanıb.
Həyati ehtiyacları ödəmək üçün hər gün 500 yük maşınının Qəzzaya girməsi lazım olduğu, lakin girməsinə icazə verilən yük maşınlarının sayının bu rəqəmin yalnız onda biri olduğu ifadə edildi.
Bəyanatda sionist İsrailin yardım bəhanəsi ilə Qəzzanın cənubunda toplama düşərgəsinə bənzəyən bir quruluş yaratmağa çalışdığı, lakin fələstinlilərin bu müstəmləkəçi planının iflasa uğrayacağı vurğulanıb.
Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətdən Qəzzanın blokadasını yarmaq üçün İsrailə təzyiq göstərməyə çağırılıb.
Soyqırım İsrail, BMT vasitəsilə iddia etdi ki, bazar ertəsi 5 yük maşını Kerem Əbu Səlim Sərhəd Qapısından, çərşənbə axşamı 93 yük maşını, çərşənbə günü isə 100 yük maşını keçərək Qəzza zolağına çatıb.
Fələstin hökumətinin Qəzzadakı media ofisinin meneceri İsmayıl əl-Savabite bildirib ki, Kerem Əbu Səlim Sərhəd Qapısından Qəzza tərəfinə keçən yük maşınlarından yalnız 87-si yardım materiallarını paylaya bilib.