Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) rəhbərlərindən biri İsmayıl Rizvan İsrail rejimi təmsilçisinin Parlamentlərarası İttifaq Assambleyasındakı çıxışının başlaması ilə İran nümayəndə heyətinin zalı tərk etməsini “cəsarətli mövqe” adlandırıb.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, Rizvan qeyd edib ki, İranın Fələstin məsələsindəki, onun xalqı, hüquqları və müqavimətinə dəstəyi şübhə altına atıla bilməz.
HƏMAS rəsmisi həmçinin deyib ki, rəsmi Tehran İsrail rejimi ilə münasibətlərin normallaşdırılması prosesinin istənilən formasına qarşıdır.