HƏMAS-dan Mahmud Abbasa sərt reaksiya

HƏMAS-dan Mahmud Abbasa sərt reaksiya

HƏMAS İslam Müqavimət Hərəkatının yüksək rütbəli məsullarından olan Salah al Berdevil Qüdsdəki seçkilər üçün İsraildən icazə lazım olmadığını bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS Mahmud Abbasa xəbərdarlıq edib.

HƏMAS rəsmilərindən olan al-Bərdəvil Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasın Qüdsdə seçki keçirilməsi ilə bağlı sözlərinə etiraz edərək, Qüds qatılmadan seçki olmayacağını və Abbasın prezidentlik qərarnaməsini çıxarmaq üçün Sionist rejimin icazəsinə ehtiyac olmadığını bildirib.

HƏMAS rəsmisi Qüdsdə seçkilərin qırmızı xətt sayıldığını və Abbasın İsraildən Qüdsdə seçki izni alması ilə bağlı açıqlamasının bütün Fələstin xalqı üçün şok təsir buraxdığını – çünki Qüdsün Fələstinin əbədi paytaxtı olduğunu önə çəkib.

Bu arada HƏMAS, Fələstin Seçki Komitəsinin sədri Hanna Naserə göndərdiyi məktubda, İsrailə seçki prosesini baltalamasına izin verməcəyi ifadə edilib.

Xəbəri paylaş

VİDEOLAR