Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) fələstinliləri cümə günü müqəddəs əl-Əqsa məscidində kütləvi sübh namazında iştiraka çağırıb.
Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, tədbir "Qələbə yaxındır" şüarı ilə keçiriləcək.
Rəsmi bəyanatda deyilir ki, uzun zamandır ki, Fələstin xalqı Məscidül-Əqsada cümə günlərində "Əzəmətli şəfəq" şüarı ilə namaz qılırdı.
"Bu, işğalçı İsrail rejimi üçün böyük meydanoxuma və siqnaldır: əl-Əqsaya qəsd qırmızı xətdir", - deyə qeyd edilib.
HƏMAS bəyan edib ki, müqavimət əl-Əqsa üçün hər bir məhrumiyyətə hazırdır.
Vurğulanıb ki, "Qüds qılıncı" Müqəddəs Torpaq azad edilməyincə qınına qayıtmayacaq.
Həmçinin əlavə edilib ki, sionist rejiminin Qüds şəhərinin görkəmi və tarixini dəyişməklə bağlı istənilən cəhdi uğursuz olub və olacaq.