İslami Müqavimət Hərəkatının (HƏMAS) rəhbəri İsmayıl Rizvan ümumilikdə Qərb sahili sakinlərini və xüsusi olaraq da əl-Xəlil sakinlərini İsrail rejiminin əl-İbrahimiyyə məscidindəki təxribatları ilə mübarizə aparmağa səsləyib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, o, həmçinin İsrail rejimi prezidentinin müsəlman ibadətgahı ərazisində “Alovlar bayramının” ilk şamını yandırmaq niyyətini də pisləyib.
Rizvanın sözlərinə görə, bu, Fələstin xalqının hislərinə qarşı təxribat və ibadətgaha qarşı ehtiramsızlıq olacaq.
O deyib ki, əl-İbrahimiyyə müsəlmanlarındır və İsrail onun tarixini dəyişə bilməyəcək.