HƏMAS atəşkəs danışıqlarından geri çəkilib

HƏMAS atəşkəs danışıqlarından geri çəkilib

HƏMAS-ın yüksək rütbəli rəsmisinin Fransa mətbuatına verdiyi açıqlamada, "Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə vasitəçilər Qətər və Misirə ABŞ-ın qeyd etdiyi atəşkəs planı ilə bağlı danışıqların sona çatdığını çatdırdı."

Az.rasthaber.com xəbər verir ki, uşaq qatili İsailin dünən təhlükəsiz bölgə elan edilən El Mevasi Qaçqın Düşərgəsi və Şati Qaçqınlar Düşərgəsindəki məscidə hücumlarından sonra atəşkəs danışıqları dayandırılıb.

Fransa mətbuatına açıqlama verən HƏMAS-ın yüksək rütbəli rəsmisi sionist İsrailin qətliamları və danışıqlar zamanı tutduğu münasibətə görə atəşkəs iclasından geri çəkildiklərini bildirib.

Adı açıqlanmayan rəsmi deyib:

"Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə vasitəçilər Qətər və Misirə ABŞ prezidenti Co Baydenin qeyd etdiyi atəşkəs planı ilə bağlı danışıqların sona çatdığını çatdırdı".    

HƏMAS rəsmisinin açıqlamasına görə, Haniyə İsrailin işğalçı qeyri-ciddiliyi, davam edən gecikdirmə və maneəçilik siyasəti və silahsız mülki əhaliyə qarşı davam edən qırğınlara görə danışıqları dayandıracağını bildirib.

"Həmas razılığa gəlmək və təcavüzə son qoymaq üçün böyük çeviklik nümayiş etdirdi" dedi. “İsrail hökuməti atəşkəs və məhbus mübadiləsi razılaşmasının əldə olunmasına ciddi yanaşarsa, danışıqları yenidən başlamağa hazırdır”, - o deyib.

İki Misir rəsmisi danışıqların heç bir nəticə verməməsinin ardından Qəzza zolağında atəşkəs danışıqlarının dayandırıldığını iddia edib. Misir rəsmiləri bildiriblər ki, sionist İsrailin razılığa gəlmək üçün real niyyəti yoxdur.

İngiltərə mətbuatına açıqlama verən rəsmilər işğalçı İsrail nümayəndə heyətinin müzakirə olunan bəzi şərtləri bəyəndiyini, lakin daha sonra dəyişikliklərlə geri döndüyünü və ya danışıqları bitirmə riski ilə üzləşən yeni şərtlər irəli sürdüyünü bildirib.

Xəbəri paylaş

VİDEOLAR