Hizbullah: Düşmən üçün gözlənilməz və sürpriz olan gizli işlər var

Hizbullah: Düşmən üçün gözlənilməz və sürpriz olan gizli işlər var

“Düşmən üçün gözlənilməz və sürpriz olan gizli işlər var. Təbii ki bu, illər ərzində tədrici şəkildə əldə edilir. Məsələn ən əhəmiyyətli yenilikdən biri ki, elə İsraillilər də son zamanlarda onun haqda danışırdılar havadan müdafiə məsələsidir. Biz ilk dəfə olaraq islami müqavimət cəbhəsində havadan müdafiə ərsəyə gətiririk. Bunu etdik və çox yaxşı nəticələri oldu”.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Həsən Nəsrullah deyib.

Ötən gün yayımlanan müsahibədə Həsən Nəsrullah rəhbərlik etdiyi müqavimət hərəkatının "İsrail üçün gözlənilməz olan" məsələlərdən söhbət açıb.

O bildirib ki, Hizbullah hərəkatı son iki ildə havadan müdafiə sistemləri əldə edib və bunun hərəkat və Livan üçün müsbət nəticələrini görüb.

Qeyd edək ki, ötən həftə İsrail mediası hərbi mənbələrə istinadla Hizbullah hərəkatının havadan müdafiə sistemləri əldə etdiyini yazıblar. Bildirilib ki, Suriya Hökuməti və İran bu sistemləri və ya onun texnologiyasını Hizbullaha ötürə biliblər.

Xəbəri paylaş

VİDEOLAR