Hizbullah Avstraliyanın qərarını İsrailə nökərlik adlandırdı

Hizbullah Avstraliyanın qərarını İsrailə nökərlik adlandırdı

Livanın “Hizbullah” partiyası Avstraliya rəhbərliyinin tərəfindən hərəkatın siyasi və hərbi qanadlarını “terror təşkilatı” kimi tanınması qərarını pisləyib.

Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, bildirilib ki, bu, ABŞ və İsrail rejimin razılığını əldə etmək üçün atılmış addımdır.

Avstraliya rəhbərliyinin bu qərarını İsrail maraqlarına və onun terrorçuluq, qətl və soyqırıma əsaslanmış siyasətinə kor-koranə qulluq hesab edirik”, - deyə “Hizbullah”-dan bəyan edilib.

Bir sıra Qərb ölkələri tərəfindən qəbul edilmiş bu və digər oxşar qərarlar nə sadiq Livan xalqının, nə də dünyadakı azad və layəqətli insanların mənəvi ruhiyyəsinə təsir edəcək”, - deyə qeyd edilib.

Əlavə edilib ki, bu cür ölkələr region xalqlarına, onların azadlıq və müstəqilliklərinə yuxarıdan aşağı baxır.

Onlar “Hizbullah” mövqelərini və onun müqavimət, öz ölkə və xalqını müdafiə etmək və sionist işğalı və təcavüzünə qarşı müqavimətin dəstəklənməsi ilə bağlı təbii hüquqlarını sarsıtmayacaq”, - deyə vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR