Fələstin İslami Müqavimət Hərəkatını (HƏMAS) siyasi bürosunun başçısı İsmayıl Haniyə bəyan edib ki, Nablusda İsrail rejimi tərəfindən şəhid edilən 3 fələstinli gəncin qanı unudulmayacaq.
Az.rasthaber.com "ParsToday"-a istinadən xəbər verir ki, o, tökülən qanları düşmənə qarşı koordinasiya edilmiş güc tədbirlərinin görülməsi üçün çağırış adlandırıb.
İsrail rejiminin terror siyasətinni uğursuzluğa düçar olduğunu deyən Haniyə bildirib ki, düşmənin bu siyasi xətti də Fələstin xalqına öz müqavimətini davam etdiməyə mane ola bilməyəcək.
Xatırladaq ki, bu həftə İsrail rejimi qüvvələri 3 fələstinlini güllələyərək qətlə yetirib.