İsrail rejimi 3 fələstinlini gülləyərək qətlə yetirdi

İsrail rejimi 3 fələstinlini gülləyərək qətlə yetirdi

İsrail rejimi qüvvələri 3 fələstinlini güllələyərək qətlə yetirib.

Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.

İnsident İordan çayının Qərb sahilinin şimal hissəsində yerləşən Nablus şəhərində baş verib.

Şahidlərin sözlərinə görə, İsrail rejiminə məxsus xüsusi təyinatlı qüvvələr avtomobillə əl-Məxfiyyə kvartalına gələrək içərisində fələstinlilərin olduğu avtomobili atəşə tutub. Bunda sonra isə sionist rejim qüvvələri qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Xəbəri paylaş

VİDEOLAR