HƏMAS hərəkatının siyasi bürosunun başçısı İsmayıl Haniyə İsrailin hücumları, müqavimətin cavab zərbələrini dəyərləndirib
Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS hərəkatının siyasi bürosunun başçısı İsmayıl Haniyə bəyan edib ki, Qəzza sektorunda günahsız insanların ölümünün məsuliyyəti tam və bütöv şəkildə İsrailin üzərindədir.
O, İsrail ordusunun gecə saatlarında “Əl-Şati” qaçqın düşərgəsinə etdiyi hücumu növbəti qırğın aktı adlandırıb.
Haniyənin sözlərinə görə, Qəzza sektorundakı müxtəlif nöqtələrə davam edən hücumlar düşmənin alçaqlığını, onun uğursuzluqlarını və müqavimətin miqyası önündə düşdüyü çıxılmaz vəziyyəti göstərir.
“İsrail məğlubiyyətə düçar olur. Qəzzadakı bütün dinc insanlara hücumların məsuliyyəti İsrailin üzərindədir. Müqavimət gücləri xalqı qorumağa davam edəcək, İsrail ordusunu məhv edəcək və qırğın aktlarının davamının qarşısını alacaq”, – deyə o qeyd edib