Hakkaridə işçilərə hücum edən PKK terrorçuları zərərsizləşdirildi

Hakkaridə işçilərə hücum edən PKK terrorçuları zərərsizləşdirildi

Hakkari şəhərində terror təşkilatı PKK üzvləri tərəfindən yolda işləyən iş maşınına edilən hücumda 1 işçi şəhid olub, 2 işçi yaralanıb.

Rasthaber xəbər verir ki, Hakkari Valiliyinin verdiyi açıqlamaya görə, PKK terrorçuları İraq sərhədinə yaxın iki baza bölgəsi arasında yol fəaliyyətləri aparan iş maşınına raket və uzun lüləli silahlarla hücum ediblər.
Hücum nəticəsində bir işçi şəhid oldu, 2 işçi isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən iki işçinin bütün müdaxilələrə baxmayaraq şəhid olduqları bildirilib. 
Milli Müdafiə Nazirliyi terror hücumundan sonra bölgədə əməliyyata başlandığını bildirib.

Davam edən əməliyyat nəticəsində 5 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.

Milli Müdafiə Nazirliyi "Şemdinli Balkayalar bölgəsində zərərsizləşdirilən 5 PKK-lı terrorçunun Derecik bölgəsində yol inşaatında işləyən və evinə çörək aparmaqdan başqa məqsədi olmayan günahsız işçi qardaşlarımıza hücum edən terrorçu qrupdan olduğu müəyyən edildi" açıqlamasını yayıb.

Xəbəri paylaş

VİDEOLAR