Ölkədə koronavirusun daha geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində avtomobillərin hərəkəti tam qadağan olunur.
Rasthaber Az'rbaycan 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani xüsusi brifinqdə bildirib.
Onu sözlərinə görə, qadağa aprelin 17-dən saat 12:00-dan etibarən aprelin 21-dək qüvvədə olacaq.
Hökumət rəsmisi qeyd edib ki, bu məhdudiyyətlər yük daşımaları və distribütor maşınlarına aid edilməyəcək.
"Qadağa yük daşımalara və distribütor maşınlarına aid edilmir. Altından xətt çəkərək qeyd edirəm ki, mağazalar, əczaxanalar və başqa obyektlər, hansılar ki, bu günədək işləyirdilər, adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər. Qeyd edim ki, ümumi cəmdə, bu günün məlumatlarına görə, 348 yoluxma halı var və ölkədə aktiv şəkildə virusun daxili yayılma mərhələsi başlayıb. Qarşıdakı 2-3 həftə ərzində yoluxma hallarında önəmli artım gözlənilir. Hökumət Covid-19-un yayılmasınının qarşısını almaq üçün vaxtında ölçülər götürür", - deyə İrakli Çikovani bildirib.