Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, əgər terrorçular Türkiyə sərhədlərindən uzaqlaşmasalar, Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyada yeni əməliyyat keçirə bilər.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Suriya tərəfdən ölkəmizə qarşı təhdidlər davam edir. Bu yaxınlarda ərazimizdə terror aktları hazırlayan terrorçular zərərsizləşdirilib. Görünür ki, ABŞ Suriya-İraq sərhədi boyu yeni döyüş zonası yaratmaq istəyir”, – deyə o qeyd edib.
“Əgər terrorçular sərhədlərimizdən çəkilməsələr, biz hərəkətə keçəcəyik”, – deyə Ərdoğan əlavə edib.
O deyib ki, Türkiyə ordusu “bütün Suriyanı terror təşkilatlarından təmizləmək” vəziyyətindədir.
Xatırladaq ki, Türkiyə 2016-2019-cu illərdə Suriyada 3 hərbi əməliyyat keçirib: “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh mənbəyi”.