HƏMAS lideri şəhid İsmayıl Həniyyənin qanının intiqamının alınması öz qüvvəsində qalır.
Az.rasthaber.com ParsToday-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) baş komandan əvəzi general pasdar Əli Fədəvi bildirib.
"Şəhid Həniyyənin qanının intiqamının alınması və cəzalandırma tərzi və zamanını biz müəyyən edəcəyik və bu, mütləq həyata keçiriləcək", - deyə o qeyd edib.
Əli Fədəvi həmçinin deyib ki, "saxta və uşaq qatili olan sionist rejim öz ağılsızlığını davam etdirdi və İslami İran torpağında İsmayıl Həniyyəni şəhid etdi. Biz münasib zaman və məkanda buna cavab verəcəyik".
"İşğal olunmuş ərazilər çaxnaşmaya düşüb. Sionist rejim üçün ölüm gözləntisi, cəzadan daha ağırdır", - deyə o əlavə edib.
"Qəsbkar sionist rejim şəhid Həniyyəni terror etməklə böyük bir cinayət işlədi və o, bu dəfə əvvəlkindən daha kəskin şəkildə tənbeh olunacaq", - deyə general pasdar Fədəvi vurğulayıb.