Türkiyə Prezident Administrasiyası İsrailin işğal altında saxladığı Qüds şəhərində müsəlmanlara qarşı hərəkətlərini pisləyib.
Türkiyә Prezident Administrasiyasının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәtdin Altun İslam alәminә müraciәt edәrәk deyib: ‘‘İsrailin alcaq vә amansız hücumlarına ‘‘dur’’ demәyin zamanı gәldi’’.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fәxrәddin Altun İsrail polisinin Әqsa mәscidi vә fәlәstinlilәrә etdiyi müdaxilәyә reaksiya göstәrib. Rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәn Fәxrәtdin Altun deyib: ‘‘İslam alәminә müraciәt edirik. ‘‘İsrailin alcaq vә amansız hücumlarına ‘‘dur’’ demәyin zamanı gәldi. Bu bizim tarixi vә bәşәri mәsuliyyәtimizdir. Tәk dә qalsaq biz bu zalım sistemә qarşı mübarizә aparacağıq. Türkiyә prezident Rәcәb Tayyib Әrdoğanın liderliyi ilә bu zalım sistemә qarşı bu günәdәk güclü mübarizә aparıb’’.
Türkiye, Cumhurbaşkanımız @RTErdogan’ın liderliğinde bu zülüm düzenine karşı bugüne dek güçlü bir mücadele vermiştir.
— Fahrettin Altun (@fahrettinaltun) May 10, 2021
Bu onurlu ve vakur bir mücadeledir.
Bu mücadele hak ve batıl mücadelesidir.
Zalimler için yaşasın Cehennem!