18.05.2021 11:12:11
Fələstinin Müqavimət Qrupları Ayətullah Xameneiyə təşəkkür məktubları göndəriblər
Fələstinin Müqavimət Qrupları Fələstinə və xalqına verdiyi dəstəyə görə İslam İnqilabının rəhbəri Ayətullah Xameneiyə təşəkkür məktubları göndəriblər.
Rasthaber Azərbaycan xəbər verir ki, məktubda İranın fələstinlilərə dəstəyilə yanaşı Ayətullah Xameneiyə Beynəlxalq Qüds Günü çıxışında sərgilədiyi fikirlər və dəstəkdolu açıqlamalara görə təşəkkür də ifadə edilib.
Fələstin Xalq Qurtuluş Cəbhəsi (Hərbi və Siyasi qolları), Fəth İntifada Hərəkatı, Fəlsətin Xalq Mübarizə Cəbhəsi və Fələstin Gücləri İttifaqı tərəfindən göndərilən məktublarda İranın İslam ölkələri və müqavimət güclərinin birliyində böyük rolu olmasına diqqət çəkərək, Şəhid General Süleymaninin Qüds davasının önəmli şəxsiyyəti olduğu və hər zaman hörmətlə yad edildiyi vurğulanıb.
Məktublarda Qüds məsələsində Ayətullah Xameneinin fikirlərinin onlar üçün yol xəritəsi olduğu da önə çəkilib.