Fələstinin BMT-dəki səfiri Riyad Mənsur İsrail rejiminin Qəzzada törətdiyi hərbi cinayətləri “açıq, həyasız və təkrarlanan” və “tarixdə ən sənədləşdirilmiş soyqırımı” adlandırıb.
Az.rasthaber.com xəbər verir ki, Mənsur BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclasında deyib: Qəzzada baş verənlər tarixdə ən çox sənədləşdirilmiş soyqırım kimi qeydə alınıb. Dünya bu cinayətləri nə vaxt pisləyəcək və onların təkrarlanmasına dözməkdən əl çəkəcək?
O, Təhlükəsizlik Şurasına sual verib ki, nə üçün beynəlxalq qanunlar və normalar İsrail tərəfindən pozulmağa davam edir, lakin sionist rejimin qarşısını almaq və dayandırmaq üçün heç bir tədbir görülmür.
Mənsur vurğulayıb: İcra olunmayan qanunun nə faydası var? İsrail 9 ay ərzində BMT-nin sığınacaqları da daxil olmaqla evləri, xəstəxanaları, məktəbləri, indi isə Əl-Məvasi kimi çadırlarda insanları bombaladıqda artıq bu qanunların nə mənası var?