Fələstinin müqavimət qrupları Avstraliya hökumətinin qərarının fonunda Livanın “Hizbullah” hərəkatına dəstəyi ifadə edib.
Xatırladaq ki, Avstraliya “Hizbullah”-ın terror təşkilatları siyahısına əlavə edilməsinə dair qərar qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin müqavimət qrupları Avstraliyanın bu addımını qınayaraq bəyan edib ki, məlum qərar İsrail rejiminin istəyi əsasında qəbul edilib.
Qeyd edək ki, Hizbullah Avstraliyanın qərarını İsrailə nökərlik adlandırdı.