Fələstin müqaviməti İsrailin casus PUA-sını vurub

Fələstin müqaviməti İsrailin casus PUA-sını vurub

İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Briqadalarının Nablus Briqadası İsrail qüvvələrinin pilotsuz təyyarəsini vurub.

Az.rasthaber.com xəbər verir ki, Fələstin mətbuatının verdiyi məlumata görə, Qüds briqadalarının Nablus briqadası tərəfindən verilən açıqlamada, casusluqla məşğul olan İsrailə məxsus pilotsuz təyyarənin vurulduğu bildirilib.

“Qırıcılarımız bazar ertəsi axşam saat 21:25 radələrində işğal rejiminə məxsus, casusluqla məşğul olan pilotsuz təyyarəni vurmağa nail olublar”, - məlumatda bildirilib.

Xəbəri paylaş

VİDEOLAR