Fələstin mübarizəsi üçün mövqeyimizi dürüstlüklə hayqırmalıyıq

Fələstin mübarizəsi üçün mövqeyimizi dürüstlüklə hayqırmalıyıq

Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah çıxışında Sionist rejimin aqibətinin yıxılmaq olduğunu bildiyini və bölgənin gələcəyinin təyin edənin Müqavimət Cəbhəsi olduğunu deyib.

Rasthaber Azərbaycan xəbər verir ki, Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds Günü münasibətilə Al-Mayadeen telekanalına danışaraq “Fələstin məsələsinə qarşı mövqeyimizi dürüstcə və cəsarətlə hayqırmalıyıq.”, -deyə bildirib.

“Bir çox proses hər kəsə böyük bir məsuliyyət hiss etdirdi və bu gün fələstinli gəncləri ayağa qalxdığını və Fələstin xalqının Fələstin və müqavimət mövzusunda qərarlı duruşlarını elan etdiklərini görürük”, -deyə Seyid Nəsrullah əlavə edib.

Hizbullah lideri sonra deyib: “Bəziləri fələstinlilərin müqavimətlərindən və torpaqlarından vaz keçdiklərini deyirlər. Bu onlara böhtandır. Son olaylar, Fələstin xalqının haqlarına bağlı olduğunu və xalqlarından vaz keçmədiyini açıq-aşkar sübut etdi. Bu da İslam Ümmətinin onlara yardım etmə məsuliyyətini ağırlaşdırmaqdadır.”

Seyid Nəsrullah Nablusun cənubundakı son əməliyyata və 3 sionist əsgərin yaralanmasına səbəb olan sionist silahlılara atəş açılmasına işarə edərək “Bu əməliyyat Fələstin xalqının hüquqları mövzusundakı israrını göstərir və gənc nəsil fələstinlilər hər durumda fədakarlıq etməyə və təmiz qələbə qazanmağa hazırdırlar. Bölgədə Tramp və əlaltılarının dönəminin sona çatdığını və “Əsrin sazişi” planının çöküşü, bölgədəki proseslər arasındadır, son olaylar müqavimət cəbhəsinin önündəki fürsətləri artırmışdır. Bölgədəki yeni durum və düşmənlərin məğlubiyyət durumuna düşməsi, Qüdsün azadlığının yaxın olduğunu hiss etməmizi göstərən səbəblərdir.

Müqavimət cəbhəsi hər zaman Fələstin xalqının və Fələstin məsələsinin yanınadır, həmçinin sionist rejimdəki dərin daxili çəkişmələr müsbət ünsürlərdir və məsuliyyətimizi ağırlaşdırır.

Bu gün razılaşmanın təsirini görürük. Razılığa gələn ölkələr Sionist rejimlə bir gün müharibə şəraitində olmadıqları üçün onların mübarizədən ayrılmalarının heç bir təsiri yoxdur. Müqavimət cəbhəsi gücünü artırmalıdır, sahədə daha çox olmalı və gücünü artırmalıdırlar, çünki bölgədə gələcəyi müqavimət cəbhəsi inşa edəcəkdir.”, -deyə bildirib.

Süleymani ilə bağlı Seyid Nəsrullah belə deyib: “Adı, siması, ruhu, düşüncəsi və strategiyası baqi qalacaq olan Şəhid General Süleymaninin uca ruhunu salamlayıram. Onun sahədəki varlığı və nəfəsləri bütün gücü ilə müqavimətin bütün meydanlarında davam etməkdə və yayılmaqdadır.”

Hizbullah lideri “Qüds Günündə koronavirusa baxmayaraq, məhdudiyyətlərə qarşı olmayacaq hər şəkildə mövqeyimizi hayqırmalıyıq”, -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR