Fələstinin baş naziri bu cinayətlərin Prezident Mahmud Abbasın göstərişilə Beynəlxalq Cinayət Məhkəməsinə gətiriləcəyini bildirib.
Fələstinin Baş naziri Məhəmməd İştiyye Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin Qəzza zolağı, İordan çayının qərb sahili və Qüdsdə davam edən hücumlarını dayandırmaq üçün dərhal hərəkətə keçməyə çağırıb.
İştiyye Fələstinin rəsmi agentliyi "WAFA"-da yer alan açıqlamasında "İordan çayının qərb sahilində işğalçı qüvvələrin törətdiyi qanlı qırğınlarla yanaşı 1948-ci ildə müəyyən edilən torpaqlarında Fələstin xalqına qarşı irqçi hücumlarını" qınayıb.
Fələstinin baş naziri bu cinayətlərin Prezident Mahmud Abbasın göstərişilə Beynəlxalq Cinayət Məhkəməsinə gətiriləcəyini bildirib.
İştiyya ayrıca Orta Şərq Dördlüyünü (Rusiya, Amerika Birləşmiş Ştatları, BMT və Avropa İttifaqı) işğalın sona çatması və Qüds ilə müstəqil bir Fələstin dövlətinin qurulması ilə nəticələnəcək ciddi bir siyasi yol açmağa çağırıb.