Fələstin coğrafiyasındakı bütün müsəlmanların yanındayıq

Fələstin coğrafiyasındakı bütün müsəlmanların yanındayıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail polisinin Əl-Əqsa məscidində müsəlmanlara etdiyi hücumlara reaksiya verib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Ərdoğan bütün dünyaya bu məsələ ilə bağlı çağırıb edib.

"Bütün dünyanı İsrailin Əqsa məscidinə, Qüdsə və fələstinlilərin evlərinə etdiyi hücumlarına qarşi hərəkət etməyə dəvət edirəm", -deyə Türkiyə Prezidenti deyib.

Rəcəb Tayyib Ərdoğan diyarbəkirli analar ilə iftar yeməyində bu haqda danışıb.

Burada çıxış edən Türkiyə prezidenti bildirib ki,  Qüdsdəki Əqsa məscidinə və müsəlmanlara edilən hücumların dərhal dayandırılmasını istəyirik.

"Qüdsü və müsəlmanları qorumayan dünya öz-özünə xəyanət etmiş olacaq. İsrailin hücumlarına qarşı mövqe nümayiş etdirməyən hər kəs yaşanan zülmə ortaqdır. Türkiyə olaraq hər zaman olduğu kimi bu gün də  Qüdsdəki qardaşlarımızın, Fələstin coğrafiyasındakı bütün müsəlmanların yanındayıq.", -deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, İsrail polisinin Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindəki fələstinlilərə etdiyi hücum nəticəsində 200-dən çox adam yaralanmışdı.

Məlumata görə, İsrail polisinin bölgədəki hücumları davam edir.

Xəbəri paylaş

VİDEOLAR