Fələstin beynəlxalq ictimaiyyəti Netanyahu hökumətini boykot etməyə çağırıb

Fələstin beynəlxalq ictimaiyyəti Netanyahu hökumətini boykot etməyə çağırıb

Fələstin Xarici İşlər Nazirliyi İsraildə ultra-sağçı hökumətin beynəlxalq müstəvidə boykot edilməsi barədə çağırış edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat verib.

Bu bəyanatda bildirib ki, İsraildə yeni formalaşdırılan ultra-sağçı və ifratçı hökumət işğal edilmiş ərazilərdə əlavə massivlərin salınması, fələstinlilərin sıxışdırılması, onları köçməyə məcbur etmə siyasətini artıracağını elan edib.

Bu bəyanatda Benyamin Netanyahunun hökuməti “aparteid rejimi” deyə vəsf edilib və dünya ictimaiyyəti tərəfindən boykot edilməsi tələb olunub.

Bəyanatda bildirilib ki, münaqişə ilə bağlı sülh danışıqları fürsətlərinin məhv edilməsi və bölgədə yeni qarşıdurmanın yaranmasının məsuliyyəti Benyamin Netanyahunun öhdəsindədir.

Qeyd edək ki, Netanyahu son çıxışında işğal edilən Fələstin ərazilərində yəhudi yaşayış massivlərini artıracağını deyib və hətta bəzi Fələstin ərazilərinin ilhaqını dilə gətirib.

Xəbəri paylaş

VİDEOLAR