'Fəal çəkindirməyə yönəlmiş müdafiə inkişafları güclü şəkildə davam edəcək'

'Fəal çəkindirməyə yönəlmiş müdafiə inkişafları güclü şəkildə davam edəcək'

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri İslami Şura Məclisinə təklif etdiyi planlarına toxunaraq deyib: “İnşallah, fəal çəkindirməyə yönəlmiş müdafiə inkişafları güclü şəkildə davam edəcək.”

Az.rasthaber.com xəbər verir ki, general-mayor Əziz Nəsirzadə bu gün cümə axşamı, 22 avqust səhər saatlarında Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinə gələrək İmam Hüseyn (ə) Ərbəini günləri münasibətilə başsağlığı verməklə yanaşı deyib: “Müdafiə sahəsinin bütün mütəxəssislərini, alimlərini və mütəfəkkirlərini Müdafiə Sənayesi Günü münasibətilə təbrik edirəm, şəhid Müdafiə nazirləri şəhid Çamran, şəhid Fəkuri, şəhid Namcu və alim şəhid Fəxrizadənin xatirəsini ehtiramla anırıq.”

Əziz Nəsirzadə 13-cü hökumətin Müdafiə naziri general-mayor Aştiyaninin səylərini yüksək qiymətləndirərək deyib: “General Aştiyaninin və ondan əvvəlki nazirlərin səyləri ötən illərdə çox səmərəli olub və çox yaxşı layihələr həyata keçirilib. Bütün bu əzizlər İslam İnqilabı və İran İslam Respublikasını yüksəltmək üçün çox səy göstərdilər. İnşallah, bu əzizlərin yolu davam edəcək.”

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri mövcud təhdidlərə toxunaraq deyib: “Prioritet olan sektorlarda işi sürətləndirməli, yüksəliş üzrə hərəkət etməliyik.”

General-mayor Əmir Nəsirzadə müdafiə sənayesinin aparıcı sənaye olduğunu bildirərək qeyd edib ki, özünə inam, özünə güvənmə, cihad işi kimi anlayışlar müdafiə sənayesində müəyyən edilmiş və təzahür etmişdir və bu sənaye bütün ölkə sənayeləri üçün nümunə ola bilər.

Müdafiə naziri özünün İslami Şura Məclisinə təqdim olunan planlarına toxunaraq deyib: “İnşallah, fəal çəkindirməyə yönəlmiş müdafiə inkişafları güclü şəkildə davam edəcək və ölkədəki tıxanmaları həll etmək üçün də müdafiə texnologiyalarından istifadə olunacaq.”

Xəbəri paylaş

VİDEOLAR