Ermənistan terroru nəticəsində dünyasını dəyişən 94 mülki vətəndaşa şəhid statusu verildi

Ermənistan terroru nəticəsində dünyasını dəyişən 94 mülki vətəndaşa şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Rasthaber Azərbaycan  xəbər verir ki, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə sosial şəbəkə səhifəsində məlumat yayıb.
Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində dünyasını dəyişən mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunub.
Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Xəbəri paylaş

VİDEOLAR