Ermənistan insanlığa qarşı cinayət törətdir

Ermənistan insanlığa qarşı cinayət törətdir

Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay bildirib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay Ermənistanın Azərbaycanda şəhərləri hədəfə almasını sərt tənqid edib.
"Atəşkəsdən 24 saat sonra da Ermənistan yenidən mülki insanları hədəf alaraq insanlığa qarşı bir cinayət törədir. Beynəlxalq ictimaiyyət bu riyakar mövqeyə göz yumaraq Ermənistanın törətdiyi cinayətlərə ortaq olur. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm", - deyə Fuad Oqtay qeyd edib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 9 mülki vətəndaş həlak olub, 34 nəfər isə yaralanıb. 

Xəbəri paylaş

VİDEOLAR