Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Quandun açıqlaması diqqət çəkib
Rasthaber RİA-ya istinadən xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Quandun əyalətindəki hərbi bazaya səfəri zamanı bəyan edib ki, çinli əsgərlər “güclərini müharibəyə hazırlığa yönəltməlidirlər”.
Çin ordusunun dəniz piyadaları korpusunun yoxlanışını keçirən Si Cinpin xatırladıb ki, hərbi qulluqçular tam şəkildə sadiq, etibarlı və nöqsansız olmalıdırlar.
“(Siz) bütün fikirlər və gücləri(nizi) müharibəyə hazırlığın üzərində cəmləməli(siniz) və yüksək döyüş hazırlığı vəziyyətində olmalı(sınız)”, – deyə o qeyd edib.
Dövlət başçısı həmçinin dəniz piyadaları korpusunu Çin ordusunun elit seçmə (elit) şöbəsi adlandırıb və onlarının işinin ölkənin suverenlik, təhlükəsizlik, ərazi bütövlük və maraqlarını qorumaq olduğunu bildirib.