İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi deyib: “Biz bəzi dövlətlərin sanksiyalardan siyasət aləti kimi istifadə etməsini qətiyyətlə pisləyirik”.
Az.rasthaber.com MEHR-ə istinadən xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi Tehrana qarşı tətbiq edilən sanksiyaları tənqid edərək deyib:
"Biz bəzi dövlətlərin sanksiyalardan siyasət aləti kimi istifadəsini qətiyyətlə pisləyirik. Zəlzələ, quraqlıq, səhra tozu, qum fırtınası kimi müxtəlif təbii fəlakətlərə məruz qalan İran İslam Respublikası qeyri-qanuni, birtərəfli sanksiyalardan ciddi şəkildə zərər çəkib".
Bölgənin humanitar böhranla üzləşdiyini bildirən Təxt Rəvançi deyib:
"Əfqanıstan, Suriya, Fələstin və Yəməndə baş verən humanitar böhran region xalqlarına böyük iztirablar yaşatmış, eyni zamanda, əfqan qaçqınlarının qonşu ölkələrə kütləvi axını fəlakətli vəziyyəti daha da pisləşdirmişdir".
BMT-də keçirilən iclasda çıxış edən Təxt Rəvançi, humanitar yardım fəaliyyətlərinin, o cümlədən BMT-nin Humanitar Cavab Sisteminin əhəmiyyətini vurğulayaraq deyib:
"Təşkilat bütün humanitar yardımın ehtiyacı olan bütün insanlara ayrı-seçkilik və lazımsız müdaxilə olmadan paylanmasını təmin etməlidir".