Fələstin Muxtariyyətinin Baş naziri deyib
Fələstin özünü idarə hökumətinin baş naziri, BƏƏ və Bəhreynin sionist rejimlə münasibətləri normallaşdırmaq üçün müqavilənin imzalanmasını, ərəb millətinin tarixindəki qara ləkə və Ərəb Liqasının məğlubiyyəti hesab edib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Əştiə bu sözləri Əl-Məyadin telekanalı vasitəsilə yayimlanan bir bəyanatda deyib.
"Fələstin İdarəetmə Şurası, qərarlarının və qurulmuş prinsiplərinin açıq şəkildə pozulması qarşısında susan Ərəb Liqası ilə münasibətləri islah etməyi düşünür.
Ərəb Liqası artıq bir birlik amili deyil, ərəb həmrəyliyinin bölünməsi və məhvi amilinə çevrilib.", -deyə o qeyd edib.