İslam İnqilabının rəhbəri koronavirusla milli mübarizə qərargahı ilə video-konfransda deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının rəhbəri Ayətullah Xamenei dünən koronavirusla milli mübarizə qərargahı ilə bu qərargahın üzvləri və ölkənin 31 valisinin iştirakı ilə keçirilən video-konfransda Qərbin koronavirusla mübarizə üzrə beynəlxalq bir imtahanda məğlub olduğunu deyib.
"Qərb və Qərbə aludə olanlar bu məğlubiyyətin görünməsini istəmirlər, amma bu acizliyin cəhətləri araşdırlıb, bəyan edilməlidir, zira xalqlar üçün mühüm talelərin seçilməsi məhz agahlıqdan asılıdır.", -deyə o əlavə edib.
İslam İnqilabının Böyük Rəhbəri "Qərbin idarəçilik bacarıqlarının məğlubiyyəti" barədə isə deyib: "Koronavirus Amerika və Avropada digər ölkələrlə müqayisədə daha gec başlandı, yəni bu ölkələrin həmin virusla qarşılaşmaq üçün özlərini hazırlamağa fürsətləri var idi. Amma bunu edə bilmədilər. Amerikada və bəzi Avropa ölkələrində yoluxanlar və vəfat edənlərin yüksək rəqəmi və həmin ölkələrdə xalqların müxtəlif problemləri, o cümlədən işsizlik, bu acizlikləri isbat edir."
İnqilab lideri "Qərbin ictimai fəlsəfəsinin" də koronavirusla mübarizədə məğlub olduğunu qeyd edərək "Qərbdə ictimai fəlsəfənin ruhu və məzmunu materializmə və pula söykənir. Elə buna görədir ki, onlar koronavirus məsələsində yaşlılara, xəstələrə, pulsuz və geridə qalmış şəxslərə məhəl qoymadılar, zira bu təbəqələrin pul qazanmaq və maddiçilik yaratmaq qabiliyyətləri yoxdur. Buna görə, qocalar evlərində çoxlu sayda insan vəfət etdi. Bu gerçəkliklər Qərbin ictimai fəlsəfəsinini məğlubiyyətini də üzə çıxarır.", - deyə qeyd edib.
Ayətullah Xameneiictimai etikanın nümayiş etdirilməsi sahəsində Qərbdə mağazalara hücum kimi hallara işarə edərək sözlərinə belə davam edib:" Qərblilər bütün iddialarına rəğmən, bu sahədə də məğlub oldular və bu gerçəkliklər ümumi fikrə bəyan edilməlidir."
İslam Respublikasının ali dini lideri İran xalqı və rəsmilərinin ictimai, mədəni, müalicə, səhiyyə, elm, idarəçilik və xidmət kimi müxtəlif istiqamətlərdə koroanvirusla mübarizə sahəsindəki faəliyyətlərini "cihadi, əzəmətli və iftixarlı bir hərəkət" adlandıraraq vurğulayıb ki, İran xalqı özünün mətin və səbirli rəftarı ilə doğrudan da çox yaxşı parladı və islami-irani mədəniyyəti cilvələndirdi.