Bu həftənin cümə günü Beynəlxalq Qüds günüdür

Bu həftənin cümə günü Beynəlxalq Qüds günüdür

Bu həftənin cümə günü, hər Ramazan ayının sonuncu cüməsi kimi Beynəlxalq Qüds günü kimi qeyd ediləcək

Nədir Qüds günü?
Hər şeydən əvvəl Qüds günü mübarizə və müdafiə günüdür. Mübarizə və müdafiəsiz həyat yoxdur. Əfsus ki, tarix boyu düşmən hiyləgərcəsinə biz müsəlmanların müdafiə və mübarizə ruhumuzu müəyyən qədər zəiflədə biliblər. Torpaqlarımızı işğal ediblər. Fələstin,Qarabağ,Kəşmir,Myanma əlimizdən alınmış tarixi torpaqlarımızdır. Məhz Qüds günü bizə təlqin edir ki, bundan sonra daha da mübariz olaq və düşməni qarşı amansız və sərt olaq.

Qüds günü vəhdət günüdür. Düşmən hər zaman aramızda ayrı-seçkilik salaraq birliyimizi pozmuş və bizə qalib gəlmişdir. Məhz Qüds günü məzhəbindən və firqəsindən asılı olmayaraq bizi vəhdətə çağırır.
Qüds günü ictimai məsuliyyət günüdür. Bəzən başımız fərdi ibadətlərə qarışır və ictimai öhdəliklərimizi unuduruq. Bu qətiyyən yolverilməzdir. Qüds günü bizə tək olmadığımızı və mən sərhədindən çıxıb qardaş-bacılarımızın dərdinə şərik çımağı bizə aşılayır.
Qüds günü düşmənin ifşa olunma günüdür. Batil əksərən haqqın arxasında gizlənərək həmlə edir. Çünki riyakar və rəzildir. Haqqın izzətindən sui-istifadə edib öz çirkinliklərini gizlədə bilir. Məhz Qüds günü bizə düşməni unutmamağa çağırır. Düşmənə qarşı yumşaqlığa son qoymağa çağırır.
Qüds günü haqq və vicdan günüdür. Vicdanlı olmaq və haqqa sevgi insanın fitrətindədir. Bir insan vicanlıdırsa o haqqı avtomatik müdafiə edəcəkdir. Məhz Qüds günü insanı vicdanıyla baş-başa qoyur. Həqiqət ortadadır. Haqqı,həqiqəti vicdansızlar danar.
Ümid edirik ki, Qüds gününün idrakı və əhəmiyyəti vətənimiz Azərbaycanda və dünyada ildən-ilə artacaq və müsəlman aləmi bundan sonra zülmə daha kəskin və ciddi reaksiya verərək öz izzətlərini möhkəmləndirəcəklər.

Xəbəri paylaş

VİDEOLAR