BMT: May ayından bəri 1 milyona yaxın fələstinli Qəzza zolağından məcburi köçürülüb

BMT: May ayından bəri 1 milyona yaxın fələstinli Qəzza zolağından məcburi köçürülüb

İşğalçı İsrailin may ayında Rəfaha işğalçı müdaxiləsindən sonra Qəzza zolağında 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb.


“Qəzzada münaqişə tərəflərinin beynəlxalq insan haqları və humanitar qanunlara məhəl qoymamasından dəhşətə gəlmişik. Mayın əvvəlində işğalçı İsrailin Rəfahda hərbi əməliyyatını gücləndirdiyi vaxtdan bəri 1 milyona yaxın fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb, yardımın çatdırılması və onlara çıxış imkanları daha da pisləşib. Digər tərəfdən, fələstinli silahlı qruplaşmalar bəzi hallarda əhalinin sıx məskunlaşdığı ərazilərdə çoxlu sayda girovu saxlamağa davam edərək onları və Fələstinin mülki əhalisini daha böyük risk altında saxlayır”, - o deyib.

Xəbəri paylaş

VİDEOLAR