Birlәşmiş Millәtlәr Tәşkilatı İsrailin Qәzza zolağına tәşkil etdiyi hücumlar sәbәbindәn 52 min adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını açıqlayıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Birlәşmiş Millәtlәr Tәşkilatı İsrailin Qәzza zolağına tәşkil etdiyi hücumlar sәbәbindәn 52 min adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını açıqlayıb.
Bu barәdә BMT-nin Humanitar Mәsәlәlәrin Әlaqәlәndirilmәsi Ofisinin (OCHA) sözçüsü Cens Leke mәlumat verib. Cens Leke Qәzza zolağı vә işğal altındakı Fәlәstin torpaqlarındakı humanitar vәziyyәtlә bağlı bәyanat verib.
Leke Beyt Hanun sәrhәd mәntәqәsinin açılması ilә әlaqәdar çağırış edib.
Cens Leke Qәzzadakı mülki vәtәndaşların evlәrini tәrk etmәyә davam etdiyini deyib.
‘‘Evlәrini tәrk edәnlәrin sayının 52 mindәn çox olduğunu әminliklә söylәyә bilәrәm. Bu әldә etdiyim son rәqәmlәrdir’’,-deyә BMT-nin Humanitar Mәsәlәlәrin Әlaqәlәndirilmәsi Ofisinin sözçüsü qeyd edib.
Leke Qәzza zolağında Birlәşmiş Millәtlәr Tәşkilatının Fәlәstinli Qaçqınlara Yardım Agentliyinә mәxsus 58 mәktәbdәn 47-nin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalmış fәlәstinlilәrә sığınacaq olduğunu qeyd edib.