BMT-nin baş katibi Quterreş Qəzzada mülki əhalinin münaqişənin ən qəddar mərhələsini yaşadığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş sionist İsrailin Qəzzaya humanitar yardımların girişini 80 gün ərzində əngəllədiyini və Fələstin xalqının münaqişənin ən dağıdıcı dövrünü yaşadığını açıqlayıb. UNRWA rəsmiləri bölgədəki aclığa, dərman və su çatışmazlığına diqqət çəkərək, “mənalı və fasiləsiz yardım axınına” çağırıb.
BMT-nin Baş katibi Antonio Quterreş Qəzzadakı fələstinlilərin münaqişənin ən qəddar mərhələsini yaşadığını, soyqırım törədən İsrailin 80 gün ərzində həyati əhəmiyyətli yardımı əngəllədiyini bildirib.
Digər tərəfdən, BMT-nin Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNWRA) baş komissarı Filip Lazzarini sionist İsrailin tətbiq etdiyi humanitar yardım embarqosu səbəbiylə Qəzzada yaşanan humanitar böhranla bağlı sosial media hesabından açıqlama verib.
Lazzarini sionist İsrailin keçməsinə icazə verdiyi yardım maşınlarının sayına toxunaraq deyib: "Hazırda gələn yardımlar samanlıqda iynə axtarmaq kimidir".
Qatil İsrailin tətbiq etdiyi humanitar yardım embarqosu səbəbindən Qəzza xalqının 11 həftədən çoxdur aclıqla mübarizə apardığını bildirən Lazzarini bölgə xalqının su və dərman kimi əsas ehtiyaclarından məhrum olduğunu bildirib.
Qəzzada yaşlı insanların dərmana çıxışı olmadığı üçün həyatlarını itirdiklərini, ana və ataların uşaqları üçün yemək tapa bilmədiklərini vurğulayan Lazzarini Qəzzada humanitar fəlakətin böyüməsinin qarşısını almağın yeganə yolunun "mənalı və fasiləsiz yardım axını"nın təmin edilməsi olduğunu qeyd edib.
Qıtlıq həddində olan Qəzzaya gündəlik ehtiyac duyulan humanitar yardımın miqdarının 500-600 yük maşını olduğunu vurğulayan Lazzarini xatırladıb ki, yanvarın 19-da qüvvəyə minən və sionist İsrail tərəfindən pozulan atəşkəs dövründə yuxarıda qeyd olunanların sayından orta hesabla hər gün Qəzzaya “yönləndirmə və talan olmadan” daxil olub.
"Həyatların xilas edilməsi hərbi və siyasi gündəmlərdən üstün olmalıdır. Qəzza xalqı daha çox gözləyə bilməz", - UNRWA-nın baş komissarı bildirib.
Qeyd edək ki, martın 2-dən etibarən soyqırım törədən İsrail Qəzza zolağına heç bir humanitar yardımın buraxılmaması ilə böhranın dərinləşməsinə səbəb olub.