Bəhreyndən Fələstinə növbəti xəyanət: Mossada yaşıl işıq yandırıldı

Bəhreyndən Fələstinə növbəti xəyanət: Mossada yaşıl işıq yandırıldı

Bəhreyn Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi “İsrail kəşfiyyatının ölkəsində fəal olduğunu” açıqlayıb.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Şeyx Abdullah bin Əhməd Ali-Xəlifə İsrailin müdafiə naziri Beni Qantz ilə görüş zamanı deyib.

“Bəhreyn və İsrail arasında kəşfiyyat əməkdaşlığı var, Mossad Bəhreyndə və regionda mövcuddur”, deyə o bildirib.

Ali-Xəlifə əlavə edib: "Əgər Bəhreyn və İsrail arasında təhlükəsizlik sahəsində bu əməkdaşlıq daha çox sabitlik və təhlükəsizlik demək olacaqsa, belə olsun və günahsız insanların həyatını xilas etmək demək olacaqsa, elə də olsun. Bu səbəbdən də Mossad rəhbərinin Bəhreynə səfərləri Bəhreyn Xəbər Agentliyi vasitəsilə elan edilib."

O, açıqlamalarını belə davam edib: "Mossad rəhbəri bəhreynli həmkarı tərəfindən qəbul edildi və buna görə də təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının Bəhreyn və İsrail arasında davam edən tərəfdaşlığın bir hissəsi olduğuna inanırıq və bu məsələ davam edəcək".

Qeyd edək ki, keçən həftə İsrailin baş naziri Naftali Bennett Bəhreynə səfər edib. Bu ərəfədə İsrailin müdafiə naziri Beni Qantz və onun bəhreynli həmkarı Abdullah bin Həsən Əl-Nuaimi iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalayıblar.

İsrail mediası yazır ki, “Qantz bəhreynli həmkarı ilə İran təhlükəsi fonunda Yaxın Şərqdə ərəb ölkələri ilə əməkdaşlığa imkan verən və strateji müttəfiqliyi gücləndirən təhlükəsizlik sazişi imzalayıb”.

Xəbəri paylaş

VİDEOLAR