Belarus prezidentliyinə namizəd Litvaya getməsinin səbəbini açıqladı

Belarus prezidentliyinə namizəd Litvaya getməsinin səbəbini açıqladı

Videoda Tixanovskaya "çətin seçim" qarşısında qaldığını deyib.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, keçmiş namizəd müraciətində nə üçün Litvaya getməyə məcbur olduğunu izah edib və qeyd edib ki, "heç bir etiraz insan həyatına dəymir".

"Mən düşünürdüm ki, bütün bu kampaniya məni çox bərkidib və mənə elə güc verib ki, hər şeyin öhdəsindən gələ bilərəm. Ancaq mən yəqin ki, əvvəldə olduğum zəif qadın olaraq qalmışam. Mən özüm üçün çox çətin bir qərar vermişəm. Bu qərararı mən tamamilə sərbəst şəkildə vermişəm və nə dostlarım, nə yaxınlarım, nə seçki qərargahı, nə Sergey heç bir şəkildə bu qərara müdaxilə edə bilməyib. Mən bilirəm ki, bir çoxları məni başa düşəcək, bir çoxları mühakimə edəcək, bir çoxları da nifrət edəcək. Amma bilirsinizmi, Allah heç kimə mənim kimi seçim qarşısında qalmağı göstərməsin. Buna görə də... İnsanlar, xahiş edirəm özünüzü qoruyun. İndi baş verənlər heç bir insan həyatına dəymir. Uşaqlar bizim həyatımızda olan ən vacib şeydir", - Svetlana Tixanovskaya müraciətində deyir.

Sosial şəbəkələrdə bir çoxları Svetlana Tixanovskayaya dəstək mesajları paylaşıb. Onların bəziləri "məyus olduqlarını", bəziləri onu "mühakimə etmədiklərini", bəziləri isə "qürur duyduqlarını" dilə gətirib.

Bundan sonra Svetlana Tixanovskayanın insanları "etirazlara çıxmamağa" çağırdığı ikinci video yayılıb. Videonun harada çəkildiyi bilinmir və o, keçmiş namizədin rəsmi hesablarından paylaşılmayıb.

İkinci videoda Svetlana Tixanovskayanın mətni kağızdan oxuduğu görünür və o, müraciət boyu kameraya baxmır.

Həmin görüntülərdə Tixanovskaya Belarus xalqına müraciət edib və deyib ki, "Belarus xalqı öz seçimini edib".

O, dəstəkçilərindən "meydanlara çıxmamağı" xahiş edib.

"Belaruslular! Mən sizi müdrik olmağa və qanunlara hörmət etməyə çağırıram. Mən qan tökülməyini və zorakılıq istəmirəm. Mən sizdən həyatınızı təhlükə altına qoymamaq üçün polislə qarşıdurmaya getməməyi, meydanlara çıxmamağı xahiş edirəm. Özünüzü və yaxınlarınızı qoruyun", - prezidentliyə keçmiş namizədin ikinci müraciətində deyilir.

Svetlana Tixanovskayanın ikinci yayılan müraciətinin "təzyiq altında hazırlandığı" düşünülür.

Xəbəri paylaş

VİDEOLAR