İsrailin Qəzzada mülki hədəfləri vurmasına cavab olaraq Qəzzadan İsrailin böyük şəhərlərinə raket hücumu həyata keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, İsrail tərəfi Qəzzadan Tel-Əvivə onlarla raket atıldığını təsdiqləyib.
Hücumların nəticələri haqqında açıqlama verməyən İsrail tərəfi, hücumların Tel-Əvivə çatmasına çaşqınlığını gizlətmirlər.
İsrail mediası hücumların günorta saatlarında 15:30-da baş verməsini yenilik adlandırıb.
Qeyd edək ki, buna qədər hücumlar ancaq gecə və səhər saatlarında həyata keçirilmişdi.
HƏMAS "Ayaş" adlı 220 km dəqiqliyi vura bilən 250 raketin Eylatda "Ramon" hava limanının vurulması üçün atıldığını bildirib. Dağıntı və ölənlər haqqında məlumat verilmir. Lakin İsrail tərəfi hücumlarda ölən və dağıntılar haqqında cəmiyyətdəki qorxunun qarşısını almaq üçün məlumatların yayılmasına senzura tətbiq edib.