Ölkədən qaçan keçmiş baş nazir Şeyx Hasinanın diplomatik pasportu ləğv edilib.
Az.rasthaber.com xəbər verir ki, qərar Banqladeşin müvəqqəti hökuməti tərəfindən qəbul edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Şeyx Hasinanın, həmçinin onun başçılıq etdiyi "Avami liqası" partiyasının sabiq parlament üzvlərinin də diplomatik pasportları ləğv edilib.
Qeyd edilib ki, tezliklə rəsmi sərəncam dərc ediləcək.
Bu qərar nəticəsində Hasinın istefa verərək Hindistana qaçdığı zaman istifadə etdiyi sənəd qüvvədən düşəcək.