Banqladeşdə təbii fəlakət: Daşqının miqyası böyüməkdədir

Banqladeşdə təbii fəlakət: Daşqının miqyası böyüməkdədir

Banqladeşdə təbii fəlakətin miqyası genişlənməyə davam edir.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Banqladeşin müvəqqəti hökumətindən bildirilib.

Daşqınlar 36,5 milyon nəfərin yaşadığı 12 rayona təsir edib.

Yerlərdəki vəziyyətin qiymətləndirilməsi və zərər çəkmiş vətəndaşlara yardım üçün təbii fəlakət baş verən bölkəgərə dövlət rəsmiləri göndərilib.

Daşqınların yaşandığı zonada evsiz qalan insanlar üçün 2 246 mərkəz istifadəyə verilib. Artıq bu mərkəzlərə 82 mindan çox banqladeşli yerləşdirilib.

Su altında qalan ərazilərə təxminən 500 həkimdən ibarət briqada göndərilib.

Təbii fəlakət bölgəsinə ərzaq yardımları çatırılmaqdadır.

Son 37 ilin ən dəhşətli daşqınları zamanı bölgədəki bütün çaylar məcrasından çıxıb. Çox sayda şəhər və yüzlərlə kənd su altında qalıb.

Bəzi mənbələrə görə, təbii fəlakət nəticəsində 30 nəfər həyatını itirib, onlarla insan isə itkin düşüb.

Xəbəri paylaş

VİDEOLAR