Azərbaycan rəhbərliyi Şuşada məktəb layihəmizi qəbul etməyib - MHP lideri

Azərbaycan rəhbərliyi Şuşada məktəb layihəmizi qəbul etməyib - MHP lideri

Türkiyənin MHP partiyasının lideri Devlet Bahçeli Şuşada məktəb açmaq təşəbbüsündən geri çəkildiklərini" bildirib.

Öz Twitter hesabında açıqlama verən partiya lideri Azərbaycan hökumətinin layihəni "qəbul etmədiyini" qeyd edib.

"Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq. İnşa etmək istədiyimiz məktəbə Azərbaycan himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi düşünmüşdük. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci ili planlaşdırmışdıq. Ancaq Azərbaycan rəhbərliyi bizim bu layihəmizi qəbul etməyərək yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qənaət onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmır. Bu hadisələrə görə Milliyyətçi Hərəkat Partiyası Şuşada inşa etdirəcəyi məktəb layihəsindən imtina edib", - o yazıb.

Xəbəri paylaş

VİDEOLAR