Ayətullah Xameneinin ustadı Ayətullah Şəms Xorasani Ankarada vəfat etdi

Ayətullah Xameneinin ustadı Ayətullah Şəms Xorasani Ankarada vəfat etdi

"Alim öldü, aləm öldü"

"İnna Lillah və İnna İleyhi Raciun - Allahdan gəldik, Ona tərəf qayıdacağıq."
Rasthaber Azərbaycan xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ustadı Ayətullah Seyid Hüseyn Şəms Xorasani Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Bazar günü Ankarada Məhəmmədiyə məscidində zöhr namazına yaxın cənazə namazı qılınacaq. Vəsiyyətinə əsasən o İraqda, Nəcəfi Əşrəfdə dəfn olunacaq.
Ayətullah Seyid Hüseyn Şəms Xorasani Ayətullah Burucerdi, Əllamə Təbətabai və İmam Xomeyninin xas tələbəsi, Ayətullah Xameneinin ustadı, Ayətullah Sistaninin yaxın dostu, Əhlibeyt Məktəbinin yetişdirdiyi böyük şəxsiyyətlərdən, müctəhid və əxlaq ustadı idi.

Xəbəri paylaş

VİDEOLAR