İslam İnqilabının Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil edilmiş şəhidlər sərvəri Həzrət Əbaəbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinin “Ərbəin” mərasimi vizual bağlantı vasitəsiləTehran Univeristetindən yayımlanıb
Rasthaber Azərbaycan xəbər verir ki, mərasimdə çıxış edən Ayətullah Xamenei qısa çıxışı zamanı Aşuradan Ərbəinə qədər olan zaman fasiləsinin İslam tarixinin çox mühüm mərhələlərindən olduğunu deyib.
“Əgər Aşura günü əziz və böyük canların cihad və fədakarlıqlarının zirvəsi idisə, ondan sonrakı 40 gün də həqiqətlərin çatdırılması və bəyan edilməsi üçün göstərilən fəaliyyətlərin zirvəsi idi. İmam Səccad, Həzrət Zeynəb və Ümmü Gülsümün cəsarətli çıxışları, Peyğəmbər ailəsinin qeyri-adi səbri bu fədakarlığın tamamlayıcısı, Kərbəla qiyamının qalıcılıq səbəbi idi”, -deyə o bildirib.
Ayətullah Xamenei düşmənlərin ictimai rəyə təsir göstərmək üçün müxtəlif metod və vasitələrdən istifadə edərək İran xalqına qarşı apardıqları təbliğat hücumlarına işarə edərək aydınlaşdırıcı hərəkatın təbliğat hücumlarını sıradan çıxardığını bildirib: “Millətin qəlbinin meyvəsi və ölkənin həqiqi ümidi olan siz əziz tələbələr həqiqətlərin çatdırılması məsələsinə əhəmiyyət verməklə hər biriniz bir çıraq kimi ətrafınızı işıqlandırıb şübhələri ortadan qaldırın”.
O, aydınlaşdırma və şübhələrə cavab vermək üçün virtual və media mühitindən qaynaqlanan imkanların qənimət olduğunu deyib: “Qeyd edim ki, aydınlatma və həqiqətlərin çatdırılması məsələsində qəti prinsip etik metodlardan istifadə, məsələlərin məntiqli və tam rasional şəkildə, qətiyyətlə izah edilməsi, insani duyğulardan isitfadə edilməsi, ictimai rəylə qarşılaşdıqda söyüş, böhtan, yalan və fırıldaqdan çəkinməkdir”.
Ayətullah Xamenei gənclərin fikir, düşüncə, rasionallıq və çox böyük ayıqlıqla təchiz olunduqlarından məmnun olduğunu bildirərək bu xüsusiyyətlərin günbəgün gücləndirilməsinin vacib olduğunu bildirib: “Həzrət Seyyidüşşühədanın yolu qəti nəticəyə və uğura çatdıran mübarək və şirin bir yoldur. Siz gənclər, Allahın istəyi ilə bu işıqlı yoldan və maarifdən ilham alaraq ölkəni maddi və mənəvi səadətin zirvələrinə çatdıra biləcəksiniz”.