Süni intellektin inkişafı üzrə işlər mümkün qədər tez başladılmalıdır.
Az.rasthaber.com xəbər verir ki, bu barədə İranın Ali lideri Ayətullah Xamenei prezident və nazirlər kabinetinin üzvləri ilə görüş zamanı bəyan edib.
“Hazırda hərbi və mülki qurumlarımız süni intellektdən istifadə edir və ondan faydalanır, lakin bu, bizi aldatmamalıdır. Süni intellekt mövzusunda sadəcə olaraq istifadəci olmaq bir imtiyaz (üstünlük) deyil. Bu texnologiyanın dərin qatları var, ona elə məhz bu qatlarda yiyələnmək lazımdır (bu qatlarda hakimiyyət qurmaq lazımdır)”, - deyə o qeyd edib.
“O qatlar isə başqalarının əlindədir. Əgər siz süni intellektin dərin və müxtəlif qatlarını (səviyyələrini) inkişaf etdirməsəniz, sabah bu texnologiya üçün nüvə mərkəzi və ya nüvə agentliyi kimi bir stansiya quracaqlar ki, hazırda da bunun infrastrukturunu hazırlayırlar. Siz bu stansiyaya çatdıqda, süni intellektin bu sahədə istifadəsi üçün icazə almalı olacaqsınız, bu sahədə isə istifadə haqqınız olmayacaq. Dünyanın hiyləgərləri, fürsətçiləri və güc axtarışında olanlar bir süni intellekt agentliyi qura bilərlər və o zaman bu sahəyə keçməyinizə icazə verməyəcəklər. Özünüz bu mövzunun dərin və əhatəli texnologiyalarına, infrastruktur qatlarını çatmalısınız. Süni intellektin infrastruktur qatlarını ölkədə (İranda) inkişaf etdirməlisiniz”, - deyə o bildirib.
Ayətullah Xamenei hazırda süni intellektin başgicəlləndirici sürətlə inkişaf etdiyini deyib.
“Yəni insanlar bu qəribə texnologiyanın nailiyyət sürətindən heyrət içindədirlər”, - deyə o əlavə edib.
“Siz bu məsələnin dərinliklərinə texnologiyalara gedib çatmalısınız. Ölkədə süni intellektik müxtəlif səviyyələrini inkişaf etdirmək lazımdır”, - deyə o vurğulayıb.
“Kiberməkan yeni bir dünyadır. Bugünkü virtual məkan virtual deyil, günümüzün reallığıdır, o, günbəgün inkişaf etməkdədir. Kiberməkanda qanunun aliliyinin hökmranlıq etməsi mühümdür”, - deyə Ayətullah Xamenei bildirib.