Ayətullah Xamenei Əfqanıstandakı terror və İsrailin hücumlarından danışdı

Ayətullah Xamenei Əfqanıstandakı terror və İsrailin hücumlarından danışdı

İslam İnqilabının dünən Tələbə Təşkilatlarının nümayəndələri ilə videokonfrans formatındakı görüşündə sionistlərin yalnız zor dilini başa düşdüklərini deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən,  görüşdə Ayətullah Xamenei İslam dünyasında baş verən iki önəmli məsələ, yəni Əfqanıstan və Fələstində baş verən qanlı və acı hadisələrə görə dərin kədər hissi ilə hər iki hadisəni kəskin pisləyib.

"Allahın lənəti olsun o cinayətkarlara ki, Əfqanıstanda günahsız və məzlum qönçələri şəhid etdilər və bu yeniyetmə qızları şəhid etməklə bu miqyasda cinayət törətdilər", -deyə bildirib.

İslam İnqilabının Rəhbəri həmçinin, sionistlərin Əl-Əqsa məcidi, Qüds və Fələstinin digər bölgələrində vəhşicəsinə vəzalımcasına cinayətlərinə toxunaraq qeyd edib ki, fələstinlilər cinayətkarları təslim etmək və onların vandallığını dayandırmaq üçün güclərini və müqavimətlərini artırmalıdırlar.

Cinayətlərin dünyanın gözü qarşısında baş verdiyinə toxunan İnqilab Rəhbəri Fələstin xalqının ayıqlığı, müqaviməti və ciddi iradəsini alqışlayaraq "Sionistlər yalnız zor dilini başa düşürlər. Buna görə də fələstinlilər öz gücünü və müqavimətini artırıb, cinayətkarları təslim edərək, onların vəhşiliklərinə son qoymalıdırlar", -deyə əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR