Ayətullah Xamenei: Düşmənçiliklərin əlac yolu müqavimətdir

Ayətullah Xamenei: Düşmənçiliklərin əlac yolu müqavimətdir

İran İslam İnqilabının Rəhbəri pərakəndə iğtişaşları düşmənin İran xalqının böyük və təşəbbüskar hərəkətləri və irəliləyişləri qarşısındakı zəif və naşı planı adlandırıb və deyib ki, düşmənçiliklərin əlac yolu, müqavimətdir.

Az.rasthaber.com xəbər verir ki, Ayətullah Xamenei bu gün quruluşun məsləhət şurasının yeni dövrünün sədri və üzvlərilə görüşdə vurğulayıb ki, son hadisələrdə düşmənin rolu və müdaxiləsi hamı, hətta bitərəf xarici mütəxəssislər üçün də aydın və aşkardır.

İran İslam İnqilabının rəhbəri daha sonra əlavə edib:

"Bu hadisələr içəridən yaranan bir məsələ deyil. Əlbəttə, ola bilsin, bəzi sahələrdən istifadə etmiş olsunlar, amma düşmənin təbliğat, fikri təsirgöstərməyə səy, həyacan yaratma, təşviq və hətta alovlandırıcı maddələrin düzəldilməsi yollarının təlim verilməsi kimi hərəkətləri hazırda tamamilə açıq-aşkardır".

İslam İnqilabının Rəhbəri bu məsələlərdəki mühüm cəhəti düşmənin hərəkətinin zəif və reaksiyalı olması adlandırıb və belə qeyd edib: İran xalqı qısa bir zaman fasiləsində böyük hərəkətlər etdi ki, bu da dünya imperializminin siyasətlərinin qarşı nöqtəsində 180 dərəcə olub və onlar reaksiya verməyə məcbur olublar. Bu çərçivədə pul xərcləmək və plan qurmaqla bəzi şəxsləri, o sıradan Amerika və Avropada, həmçinin başqa nöqtələrdəki bəzi siyasətçiləri meydana gətiriblər.

Bu böyük hərəkətlər göstərdi ki, İran xalqının dini məsələlər və dəyərlərə sadiq, mömin və şövqlü olmasından əlavə, ölkə də öz irəliyə doğru hərkətini sürətlə davam etdirir".

Ayətullah Xamenei gənclərin Ərbəin yürüşündəki milyonluq iştirakını və mömincəsinə hərəkətlərini İran xalqının böyük hərəkətləri və dini inamlarından adlandırıb və əlavə edib:

"Əslində təşəbbüs İran xalqının əlində olub və düşmən naşıcasına reaksiya göstərməyə və iğtişaş üçün plan cızmağa məcbur olub.

İran xalqının islami quruluşla yanaşı olduğu və İslam bayrağını əlində tutduğu zamanadək bu düşmənçiliklər müxtəlif formalarda davam edəcək və onun yeganə əlac yolu, müqavimətdi. Biz qəti qələbəyə dair ilahi vədə inanırıq və mütləq ilahi yardım bizimlə olacaqdır".

Xəbəri paylaş

VİDEOLAR