İrandan ABŞ-a: Siz başladınız, biz də bitirəcəyik!

İrandan ABŞ-a: Siz başladınız, biz də bitirəcəyik!

ABŞ rəsmi olaraq sionist İsrailin İrana hücumlarına qoşulub. ABŞ prezidenti Donald Tramp İrandakı 3 nüvə obyektinə edilən hücumun başa çatdığını açıqlayarkən, Tehrandan çox sərt açıqlama gəldi.

Az.rasthaber.com xəbər verir ki, regionda həftələrdir davam edən yüksək gərginlik bu gün səhər saatlarında tamamilə yeni səviyyəyə çatıb.

ABŞ-ın İsrailin rəhbərlik etdiyi hücumlara qoşulması ilə müharibənin regional münaqişədən qlobal münaqişəyə çevrilməsi ehtimalı daha yüksək səslə dilə gətirilir.

ABŞ prezidenti Donald Tramp Truth Social kanalında verdiyi açıqlamada, İrana qarşı birbaşa hava əməliyyatı başladığını açıqlayıb.

O, açıqlamasında deyib: "İrandakı üç nüvə obyektinə çox uğurlu hücumumuzu başa vurduq. Bombardmanda iştirak edən bütün təyyarələrimiz İranın hava məkanından sağ-salamat çıxıb".

Trampın bəyanatından sonra İran Dövlət Televiziyasında verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Bundan sonra bölgədəki hər bir Amerika vətəndaşı və əsgəri qanuni hədəf olacaq. Tramp 40-50 min Amerika əsgərinin tabutunu almağı seçdi. Siz başladınız, biz də bitirəcəyik".

Xəbəri paylaş

VİDEOLAR