Ayətullah Sistanidən Fələstinə dəstək

Ayətullah Sistanidən Fələstinə dəstək

Ayətullah Seyyid Əli Sistaninin Nəcəf şəhərindəki dəftərxanası bəyanatı yayıb

Rasthaber Azərbaycan-ın xəbər verinə görə, işğalda altında olan Fələstin torpaqlarında, xüsusilə Əl-Əqsa məscidində baş verən hadisələrin və işğalçı İsrail rejiminin hücumlarının ardınca şiələrin təqlid mərcəsi Ayətullah  Seyyid Əli Sistaninin Nəcəf şəhərindəki dəftərxanası bəyanat yayıb.
Bəyanatda şiə mərcəiyyətinin bir daha başıuca Fələstin xalqının sionist işğalçılar qarşısındakı şücaətli müqavimət və duruşunu qətiyyətlə dəstəklədiyini vurğulanır.

Qeyd olunur ki, işğalçılar yenə çalışırlar ki, işğalda olan Fələstin torpaqlarından daha çoxunu ələ keçirərək Fələstin xalqının digər bir hissəsini də şərəfli Qüds diyarından didərgin düşməyə məcbur etsinlər.
Bəyanatda deyilir ki, Şiə məzhəbinin dini mərcəiyyəti azadlıqsevər xalqları Fələstin millətini onlardan zorla alınmış hüquqlarını geri almaqda dəstəkləməyə çağırır.
"Bu günlərdə Əqsa məscidi ətrafında və digər işğal olunmuş Fələstin torpaqlarında müşahidə olunan zorakılıq və şiddətli qarşıdurmalar, şübhəsiz ki, Fələstin xalqının davamlı təcavüz və vəhşicəsinə işğalın qarşsında səlabətli və möhkəm duruşunun göstəricisidir.
Fələstinlilərin bu mübarizəsi göstərir ki, onlar işğal edilmiş torpaqlardakı haqlarından heç bir qiymətə vaz keçməyəcəklər, bu fədakarlıq onlara çox ağır qiymətə başa gəlsə belə.
Allah-Taaladan istəyirik ki, onlara kömək olsun, öz qələbəsini onların köməyi qərar versin. Həqiqətən qələbə hikmət sahibi və mütəal Allah tərəfindəndir”, -deyə bəyanatda qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR