'Atəşkəs danışıqları ilə Həniyyənin terror edilməsinə İranın cavabı ayrı-ayrı məsələlərdir'

'Atəşkəs danışıqları ilə Həniyyənin terror edilməsinə İranın cavabı ayrı-ayrı məsələlərdir'

“İranın rəsmi qonağı olan şəhid Həniyyənin terror edilməsinə İranın reaksiyası və Qəzzə müharibəsində atəşkəs danışıqları iki ayrı məsələdir. Biz müharibənin dayandırılması və atəşkəsin ən güclü və ən mühüm regional və beynəlxalq tərəfdarı olmuşuq və bu, indi də belədir və biz hələ də öz səylərimizi göstəririk və bu istiqamətdəki fəaliyyətləri dəstək

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Ərbəin mərasiminin keçirilməsi ilə bağlı jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında bildirib: “İraq hökumətinə bu il və əvvəlki illərdə göstərdikləri kömək və dəyərli səylərə görə təşəkkür etməyi lazım bilirəm. Eləcə də, İmam Hüseyn (ə) zəvvarlarına qucaq açaraq evsahibliyi etməyə davam edən böyük və səxavətli İraq xalqına minnətdarlığımı bildirirəm.”

 

Kənani mətbuat konfransının davamında deyib: “Ötən gün 28 mordad 1332-ci il (m.19 avqust 1953) dövlət çevrilişi işinin ilk iclası bir qrup hüquqşünas və universitet professorlarının iştirakı ilə keçirildi. Bu məhkəmənin keçirilməsinin əsası Konstitusiyanın 34-cü maddəsinə əsaslanan, hər bir İran vətəndaşının məhkəməyə müraciət etmək hüququna malik olmasıdır.”

 

Mətbuat katibi qeyd edib ki, qanunun 10-cu maddəsinin 1-ci bəndi hökumətin Amerikanın hərəkətləri nəticəsində dəymiş ziyana görə kompensasiya tələb etməsi digər hüquqi əsasdır. Bu ittihamda ölkənin müxtəlif əyalətlərindən olan 400 mindən çox İran vətəndaşı avqustun 28-də baş vermiş dövlət çevrilişində ABŞ-a qarşı petisiya qaldırıb, çünki İran xalqı da çoxlu fiziki və mənəvi ziyanlara məruz qalıb.

 

XİN sözçüsü daha sonra deyib: “İran vətəndaşlarının hüquqlarına və verdikləri ərizəyə uyğun olaraq bu məhkəmə yaradılıb. Onun prosesi İran vətəndaşlarının iddiasına tam baxılana qədər davam edəcək. Mordadın 28-də dövlət çevrilişinin planlaşdırılmasında ABŞ və İngiltərənin rüsvayçı hərəkəti nəticəsində ölkəyə 25 ildən artıq maddi və mənəvi ziyan dəyib. Bu məhkəmə İran xalqının hüquqlarını müdafiə etməyə çalışır və bu baxımdan hökumətlə Məhkəmə Sistemi arasında sıx əməkdaşlıq və əlaqələr mövcuddur.”

 

Qəzzə ilə bağlı atəşkəs danışıqlarına toxunan mətbuat katibi deyib: “Qəzzədə on aydır davam edən müharibədə dərhal atəşkəsin vacibliyinə heç kim şübhə etmir. Sionist rejimin cinayətlərinin davam etməsi Amerikanın təzyiqinin təsiri altında beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyinin nəticəsidir. İran İslam Respublikası atəşkəs və sionist rejimin geniş yayılmış, vəhşi cinayətlərinə son qoymağa yönəlmiş istənilən səmimi səyi alqışlayır və ötən aylarda sionist rejimin qətliam maşınının qarşısını almaq üçün bütün diplomatik güc və imkanlarını vicdanla istifadə edən ən mühüm ölkələrdən biri olmuşdur.”

 

Kənani deyib: “İsrail rejimi atəşkəs yaratmaq və müharibəni dayandırmaq istəmədiyini göstərdi. Son danışıqlardan sonrakı reaksiyalar da bunu sübut edir. Bu rejim Fələstin xalqını qətliam etməkdən əl çəkməyib. Digər tərəfdən, HƏMAS da öz fikirlərini bildirib və sionist rejimin yeni şərtlər irəli sürdüyünü deyib.”

 

Kənani vurğulayıb ki, İran təcavüzkara qarşı təhlükəsizliyini qorumaq üçün bütün beynəlxalq prinsiplərə əsaslanaraq bütün imkanlarından istifadə edir və beynəlxalq ictimaiyyətin, xüsusilə də Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləmək üçün dərhal və konkret məsuliyyəti var və buna əməl etməsi lazımdır.

 

“Livan məsələsinə gəlincə, İran regionun təhlükəsizliyini təmin etməkdən çəkinməyəcək və biz sionist rejimi bütün region üçün təhlükə hesab edirik” - deyə, o, əlavə edib.

 

Kənani deyib: “Livan hökuməti, xalqı və ordusu sionist rejimin avantürizmi qarşısında dayandıqlarını və istənilən yeni təcavüzə qarşı dayanacaqlarını göstərdilər. Sionist rejimin də öz hesablamaları olmalıdır.”

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “İranın rəsmi qonağı olan şəhid Həniyyənin terror edilməsinə İranın reaksiyası və Qəzzə müharibəsində atəşkəs danışıqları iki ayrı məsələdir. Biz müharibənin dayandırılması və atəşkəsin ən güclü və ən mühüm regional və beynəlxalq tərəfdarı olmuşuq və bu, indi də belədir və biz hələ də öz səylərimizi göstəririk, bu istiqamətdəki fəaliyyətləri dəstəkləyirik.”

Xəbəri paylaş

VİDEOLAR